1 Sentyabr 2015 15:26
908

Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlının yerinə parlament seçkilərində Tənzilə Rüstəmxanlının namizəd olacağı iddia olunur.

Teleqraf.com-a açıqlamasında Azər-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı xəbəri təsdiqləyib. Onun sözlərinə görə, belə bir fikir var: “Əgər qismətdirsə, niyə olmasın ki? Bizim bəyəm haqqımız yoxdur? Seçilsəm, çox gözəl olar".

Tənzilə Rüstəmxanlı bildirib ki, namizədliyi Vətəndaş Həmrəyliyi Partiyası tərəfindən irəli sürülə bilər: "Mən partiyanın qurucularından biriyəm".

T.Rüstəmxanlı hansı dairədən namizədliyinin irəli sürülməsi məsələsinə toxunaraq deyib ki, hələ məsləhətləşmələr aparılır: "Yəqin ki, bir seçki dairəsi seçəcəyik".

Azər-Türk Qadınlar Birliyinin sədri bu məsələdə ailə daxilidə heç bir fikir ayrılığı olmadğını da vurğalıyıb: "Biz bu məsələlərdə konkret qərara gəlirik. Mənim 10 il əvvəl, yəni 2005-ci ildə parlament seçkilərində 22 saylı Nəsimi seçki dairəsindən çox böyük şansım var idi. Mən Sabir bəyə görə namizədliyimi geri götürdüm. Sonrakı dönəm də qatılmadım. Bizim heç bir fikir ayrılığımız olmaz. Çünki bu ideya Sabir bəyindir. Bu addım onun yorulmağı ilə bağlı deyil. O, yaradıcılıq və daha geniş ictimai fəaliyyətlə məşğuldur. Sabir bəy öz arzusunu dilə gətirib. Bu addımla bağlı razılaşmışıq və bunun müəllifi də Sabir bəydir”.

Bəxtiyar


Müəllif:
Загрузка...