4 Sentyabr 2015 15:12
969
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Məleykə Əsədova Mir Mövsüm Ağanın ziyarətgahına yollanıb.

Xalq artistinin Teleqraf.com-a açıqlamasına görə, hər zaman ziyarətgaha baş çəkir: “Hazırda qızım ilə ziyarətgahdayam və buraya çalışdığım qədər tez-tez gəlirəm. Allah bütün insanların duasını qəbul etsin. Ziyarətgaha qızımla gəlmişəm. Ümumiyyətlə hər yerə qızımla gedirəm. O da mənim kimi Allahı çox sevir və hər zaman qəlbinin Allah sevgisi ilə dolmasını istəyirəm”.

Xalq artisti onu da qeyd etdi ki, sentyabrın 15-dən sonra Akademik Milli Dram Teatrında tamaşalarda oynamağa başlayacaq.

Qeyd edək ki, xalq artistinin Gülər adlı bir qızı var.

Rəqsanə Həsənova


Müəllif:

Oxşar xəbərlər