Hər zaman maraqlı işlərlə gündəmə gələn Azerbaycanın xanım bəstəkar Sevinc Tofiqqızı yeni bəstələdiyi kompozisiyasına klip çəkdirib.
Teleqraf.com-a açıqlamasında bəstəkar bildirib ki, klipin çəklişləri “Cıdır Atçılıq” mərkəzində və Bilgəhdə dəniz kənərında baş tutub: “Bu kompozisiyamın klipinin ideyasi özümə aiddir. Çəklişlər çox gözəl və yaddaqalan keçdi. "Xəyallar qanadında” adlı klipin ərsəyə gəlməsində əməyi keçən hər kəsə öz təşəkkürlərimi bildirirəm”.
Qeyd edək ki, klipin operatoru Emin Hüseynov, aranjemanı Osman Həmidova aiddir. Montajı isə Elnar Hasimov edib.
Rəqsanə Həsənova