9 Sentyabr 2015 20:30
1 409
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə yaşayan azərbaycanlı müğənni Azəri qızı Günel (Günel Zeynalova) də paltarlarını satışa çıxaracaq.

Publika.az xəbər verir ki, bu gün “Lider” telekanalında qonaq olan ifaçı onları cəmi bir dəfə geyindiyini də vurğulayıb. İfaçı əldə etdiyi gəliri hara xərcləyəcəyini də deyib:

"Hər paltarı bir dəfə geyinmişəm. Belə qərara gəlmişəm ki, "İnstaqram"da hesab açım və paltarlarımı satışa çıxarım. Satışdan yığılan pulu isə özümə yox, ehtiyacı olan kimsəsizlərə vermək istəyirəm”.

Qeyd edək ki, bir sıra dünya ulduzları, o cümlədən azərbaycanlı müğənnilər Gülay Zeynalova, Aytac Vidadiqızı və Xatirə İslam geyinmədiyi paltarlarını satır.


Müəllif:

Oxşar xəbərlər