14 Sentyabr 2015 11:18
1 918
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mahnılarını icazəsiz ifa edən müğənnilər Xalq artisti İlhamə Quliyevanı özündən çıxarıb.

Teleqraf.com xəbər verir ki, bu barədə xalq artisti " Onlar"a açıqlamasında bildirib: "Fikrət Əmirov o mahnıları İlhamə üçün yazıb və onu hər kəs bilir. Məndə onun yazdığı mahnıların əlyazmaları var. O cür əsərləri bir neçəsi cigildəyə-cigildəyə oxuyurlar. Mahnıların ifaçısı mənəmsə, icazə almaq lazımdır. Fikrət Əmirov "Neyləmişəm" , "Mən səni araram" və bir çox mahnıları mənim üçün yazıb. “Neyləmişəm" mahnısını kim ifa etsə, onun haqqında xalqımıza şok açıqlamalar verəcəm. Çünki, quş səsi ilə ifa edirlər".

Bir müddət əvvəl "Yalvarıram" mahnısına görə xalq artisti Brilliant Dadaşova və xalq artisti Nisə Qasımova arasında anlaşılmazlıq baş vermişdi. Xalq artisti Nisə Qasımovanı dəstəkləyərək bildirib ki, "Yalvarıram" mahnısının möhürünü Nisə Qasımova vurub: “Və mahnını ifa edəndə ondan icazə almaq lazım idi. Onun-bunun paltarını, ayaqqabısını geyinə bilərlər, amma yerişini yeriyə bilməzlər. O mahnının möhürünü Nisə Qasımova vurub və əlbəttə ki, icazəsiz oxumaq ona pis təsir edər".

Bir müddət əvvəl nigeriyalı bir uşağı övladlığa götürən İ.Quliyeva bir qız övladını da övladlığa götürəcəyini qeyd edib: "Bir qız övladını övladlığa götürəcəm. Nigeriyalı uşağa maddi yardım göstərirəm. Allah məni yardım etmək üçün yaradıb. Yaxşılıq etdiyim üçün Allah məni çox bəlalardan qoruyub. Ağır ürək əməliyyatı keçirdim və rahat yaşayıram".

Rəqsanə


Müəllif:

Oxşar xəbərlər