Əməkdar artist Nüşabə Ələsgərli sənət adamlarının millət vəkili olmasından danışıb.
Əməkdar artist Teleqraf.com-a sənət adamlarının millət vəkili olmasına yaxşı baxdığını bildirib: “Xalq artisti Amaliya Pənahova millət vəkili olub. Hazırda Zeynəb Xanlarova millət vəkilidir. SSSR-nin vaxtında Qara Qarayev, Rəşid Behbudov millət vəkili olub. Ümumiyyətlə, savadlı və işinin peşəkarı olan sənət adamlarının xalqına xidmətinə yaxşı baxıram. Mənim isə gələcəkdə də millət vəkili olmaq kimi bir fikrim yoxdur. Çünki buna həvəsim yoxdur”.
Qeyd edək ki, bu il əməkdar artist Elza Seyidcahan millət vəkiliyinə namizədliyini verəcək.
Rəqsanə