16 Sentyabr 2015 16:55
1 087
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın ən məşhur istedad şousu olan “America’s got talent”in finalına çıxan, əslən azərbaycanlı olan sirk ustası Üzeyir Novruzov növbəti şousunu göstərib. Şounun rəsmi “YouTube” kanalı həmyerlimizin həmin çıxışını internetə yükləyib.

Bu dəfə də Üzeyir Novruzov mürəkkəb fəndlər göstərib. Onun səhnəciyi zalda əyləşənlərlə yanaşı, münsifləri də təəccübləndirib.

Publika.az xəbər verir ki, həmyerlimiz qalib gəlmək arzusunu sosial şəbəkədəki statusunda belə ifadə edib: “Sizi öz şoumla Las-Veqasda qarşılayacağam. Xahiş edirəm, qalib gəlmək üçün mənə kömək edin”.

Həmyerlimizin həmin çıxışını təqdim edirik.


Müəllif:

Oxşar xəbərlər