Rusiyalı tanınmış müğənni Dima Bilanın Moskva ətrafındakı evinə oğrular girib.
Teleqraf.com xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb. DİN-in Baş İdarəsinin mətbuat xidmətinin rəisi Andrey Qaliəkbərov oğurluq faktını təsdiqləyib, lakin zərərçəkmiş şəxsin kimliyini açıqlamayıb.
O, bildirib ki, oğurluq barədə məlumat gecə saat 01:00-də bölməyə daxil olub.
"İstintaq-əməliyyat qrupu hadisə yerinə baxış keçirib və ev əşyaları üzərində olan barmaq izlərini götürüblər".
"Lifenews"-un məlumatına görə, evə daxil olan naməlum şəxslər orada təqribən doqquz milyon rubl (təxminən 144 min manat) olan seyfi oğurlayıblar.
Rüstəm