“V element” verilişinin aparıcı Kamilə Babayeva övladına vaxt ayırmasından danışıb.
Aparıcı Teleqraf.com-a bildirib ki, verilişə və övladına da vaxt ayıra bilir. O. qeyd edib ki, övladı böyükdür: “Yaxın günlərdə iki yaşı tamam olacaq. Bu iki il ərzində çox şeylər öyrəndim. Əvvəl baş verənlər mənim üçün yeni idi. Artıq hər şey yaxşıdır. Ona görə də o qayğıları həll etmək mənim üçün çətin deyil. Artıq övladıma və işimə də vaxt ayırmağı tənzimləyə bilirəm”.
Qeyd edək ki, Kamilə Babayeva İbrahim Rzabəyov adlı şəxslə 2012-ci ildə ailə qurub və 1 qızı var.
Rəqsanə Həsənova