Xalq artisti İlhamə Quliyeva hüquq fakültəsində təhsil alır.
Teleqraf.com xəbər verir ki, xalq artisti bu haqda "Onlar" proqramına danışıb.
Sənətçi Rusiyada Moskva Dövlət Universitetində hüquq təhsili aldığını bildirib:
"Hüquqşünasam. Atam da prokuror olub. Mənim genimdə var. Hazırda başqa zəmanədə yaşayarıq və cəmiyyətə savadlı adam lazımdır".
Xalq artisti beş vəkil ilə çalışdığını qeyd edib: "Camaatın bir vəkili olanda mənim beş vəkilim var. O qədər savadlıyam ki, özüm vəkillərə göstəriş verirəm".
Rəqsanə