29 Sentyabr 2015 18:52
971
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bir ana üçün oğul itirmək çox ağır dərddir. Həyatın bu sınağına da alışacam”.

Bu sözləri Teleqraf.com-a bir müddət əvvəl oğlu həbsxanada dünyasını dəyişən əməkdar artist Kübra Əliyeva bildirib.

O, bu gün oğlunun qəbrini ziyarət etdiyini deyib: “Allah heç bir anaya övlad acısı yaşatmasın. Bu həyatda hər şeyə alışmışıq və buna da alışacağıq. Oğlumun yoxluğuna alışmayıb, nə edə bilərəm? Allahın yazısını poza bilmərəm ki. Hazırda oğlumun qəbrini ziyarətdən gəlirəm. Qəbrinin ətrafını düzəldirlər”.
Xərçəng xəstəliyindən əziyyət çəkən K. Əliyeva onu da deyib ki, yaşadığı dərdlərin öhdəsindən gəlməyə çalışır: “Allah mənə xəstəliyi, xəstə oğulu (narkomansa xəstə hesab edilir) verdi. Allah dərdi çəkənə verir və məni güclü bilib ki, o dərdləri nəsib etdi. Və verdiyi güc sayəsində bu dərdlərə dözürəm və dözəcəm. Başqa əlacım da yoxdur. Ağıllı insan kimi düşünürəm ki, hər hansı bir vəziyyətdən çıxış yolu yoxdursa, dözməlisən. Alın yazısına səbr etmək lazımdır”.

Qeyd edək ki, əməkdar artistin oğlu Rauf Məmmədov sentyabrın 22-də həbsxanada dünyasını dəyişib.

Rəqsanə


Müəllif:

Oxşar xəbərlər