“Cinemaya Addım-la” layihəsi çərçivəsində növbəti tədbir baş tutub.
Teleqraf.com xəbər verir ki, “Addım” Gənclər Təşkilatı və “28 Cinema” kinoteatrının birgə həyata keçirdiklərinin məqsədi film izləmə mədəniyyətinin təbliğidir.
Bu dəfə türk rejissoru Canər Özyurtlunun çəkdiyi “Yok artık” kinokomediyası nümayiş olub. Filmi gənclərlə birgə gecəyə ulduz qonaq qismində təşrif buyuran İlhamə Qasımova da izləyib.
Nümayişdən sonra “Addım” Gənclər Təşkilatının sədri Hüseyn Cavadzadə çıxış edərək bu yaxınlarda iki yaşını qeyd edən təşkilatın yeni layihələri barədə məlumat verib. Daha sonra söz müğənni İlhamə Qasımovaya verilib. Gənclərlə birlikdə filmə baxmaqdan zövq aldığını dilə gətirən müğənni tez-tez kinoteatrlara getdiyini deyib: “Bu film bambaşqa təəssürat yaratdı. Olduqca gülməli və maraqlı komediyadır”.
Nərmin