Müğənni Röya Ayxan uşaqlıq fotolarını gizlətmə səbəbini açıqlayıb.
İfaçı eyni zamanda dostlarına xəbərdarlıq edib:
“Deməli belə, mən dostlarıma xəbərdarlıq edirəm ki, birdə qızlarınızın saçına toxunsanız sizi boğacam. Mən də anama eyni sualı verirəm: “Ay ana, niyə fotolarda məni oğlana oxşatmısan?”. Deyir ki, “Onda dəb idi. Hamı uşağın başın qırxırdı ki, saçı gurlaşsın”. Mən elə ona görə də uşaqlıq fotolarımı gizlədirəm. Mən qızları heç vaxt keçəl etməzdim”./Axşam.az/