Aparıcı Zaur Baxşəliyev həmkarları haqqında danışıb.
Teleqraf.com xəbər verir ki, aparıcı bu barədə “10-lar”a bildirib. O qeyd edib ki, aparıcı dəyişməyi bacarmalıdır: “15 ildir ki, televiziyada çalışıram. Bunun 14 ilini insanların gözünün qarşısında olmuşam. Tamaşaçılar məni hər formatda görüblər. Məncə, aparıcı bir ampulada olmamalıdır. Televiziya işçisi dəyişməyi bacarmalıdır. Belə aparıcılar təvazökarlıqdan uzaq olsa da, barmaqla sayıla biləcək qədərdir”.
Qeyd edək ki, aparıcı yeni mövsümdə üç verilişlə tamaşaçıların görüşünə gələcək.
Rəqsanə