14 Oktyabr 2015 11:13
1 253
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti İlhamə Quliyeva Türkiyədə ayağından əməliyyat olunub.

Müğənninin Teleqraf.com-a verdiyi açıqlamaya görə, bir müddət əvvəl onun ayaq damarlarında problem yaranıb: “Ürək əməliyyyatından sonra damarlarımda problem yaranmışdı. Ona görə də Türkiyədə ayağımdan əməliyyat keçirdim. Hazırda ayaqlarıma ağırlıq salmaq, incitmək olmaz. Ümumiyyətlə, yay fəslini səhhətimlə məşğul oldum. Bir az yaxşı olum, inşallah, işlərimə başlayacam”.

Xalq artisti yaradıcılığı haqqında da məlumat verdi: “Rusiyada konsert verəcəm və hazırda konsertə hazırlaşıram. Bununla yanaşı, bölgələrimizdə də konsert proqramı ilə çıxış etmək fikrim var”.


Rəqsanə


Müəllif:

Oxşar xəbərlər