Çində məşhur aktrisanın üzü səs-küylü məhkəmə prosesinə səbəb olub.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, "Angelababy" kimi tanınan aktrisa onun üzündə plastik əməliyyat apardığını iddia edən klinikanı məhkəməyə verib.
Lakin aktrisanın üzünü tədqiq edən həkimlər onun orijinal olduğunu deyib. Hadisə akritsanın məşhur aktyor Huanq Xiaominglə toy mərasimindən sonra baş verib.
Əsl adı Yeung Ving olan 26 yaşlı aktrisa məhkəmədə qalib gəldiyi üçün klinika rəhbərliyi ona 82 min kompensasiya ödəməli olacaq.
Samir