Röya Ayxanın illərdir dostluq etdiyi Rəhim Rəhimli ilə münasibətləri yenidən pisləşib.
Teleqraf.com xəbər verir ki, müğənni "10-lar"a Rəhimlə dostluğunun bitdiyini deyib: "Rəhim çox diqqətcil oğlandır və onu çox istəyirəm. Amma hansısa hərəkətdə boşluq buraxıbsa, geriyə yol yoxdur. Görüşürəm, salamlaşıram, amma şəxsən danışaq, axşam çay içək, evə gəlmək və s. bitdi.
Çox varlı qız olmasam da dost baxımdan çox varlıyam. Dostlarım 15-16 ilin dostlarıdır. Məsələn, Elşən Orucov, Zamiq Hüseynov. Onlar da paxıllıqlarından heç kimi yaxına buraxmırlar. Mən də dostlarımı qısqanıram, yalnız mənimlə dost olmalıdırlar. Elələri var ki, iki-üç dəfədən sonra evə buraxmışam, eləsi də var ki, getdiyim yerə belə gedə bilməzlər. Evimə gələndə qapıdan yola salıram".
Rəqsanə