İlhamə Quliyeva aktrisa Fatma Mahmudovaya “Gülüş kraliçası” titulunu verib.
Teleqraf.com-la təəssüratlarını bölüşən Fatma Mahmudova bu titulu şərəflə qəbul etdiyini deyib: “İlhamə Quliyeva bizim sənətkarımızdır. Elə sənətkarın mənə təqdim etdiyi tacı da çox böyük sevinclə qarşıladım. Mədəniyyət tariximizdə bir daha İlhamə Quliyeva kimi sənətkar olmayacaq. Sənətə çoxları gələ bilər, amma onlar İlhamə xanım ola bilməzlər. İlhamə xanım bizim estrada sənətimizin kraliçasıdır, sərkərdəsidir. Onun mənə verdiyi “Gülüş kraliçası” adını həmişə qorumağa və bu qiymətli adı bir az da doğrultmağa, insanlara gülüş bəxş etməyə çalışacam. Həyatda o qədər də gülən insan deyiləm. Amma insanlara gülüş bəxş etmək mənim üçün çox önəmlidir”.
Rəqsanə