21 Oktyabr 2015 18:19
1 274
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində İzzət Bağırov “Yaradanım” adlı yeni klipini təqdim edib.

Mahnının sözləri Elşən Xəzərə, musiqisi Hacı Nazimə aiddir. Klipin rejissoru isə Pərviz Oktayoğludur. Klipdə müğənninin yaxın dostu Hacı Nazim, Elçin və böyük oğlu Əli də çəkilib. İ.Bağırov yeni klipi haqqında təəssüratlarını Teleqraf.com-a bölüşüb: “Hər zaman kliplərimdə fərqli mövzulara müraciət etməyə çalışıram. Bu dəfə də bütün müsəlman bacı və qardaşlarımızı nəzərə alıb dini bir klip çəkdirdik. Çəkilişlər Şamaxıda və İçəri Şəhərin Cümə Məscidində baş tutub. Klipdə oğlum Əli də çəkilib və düşündüm ki, oğlumun iştirakı yaxşı görünəcək. Klipdə olduğu kimi, Əli həyatda da namaz qılır. Düzdür, birdən nəsə yadına düşür, namazın yarısından gedir, sonra təzədən qayıdır. Çünki hələ uşaqdır, tam başa düşmür. Mahnını Sibel Canla çalışan musiqiçilər aranjiman edib. Ümid edirəm ki, klipi tamaşaçılar da bəyənəcək”.

Rəqsanə


Müəllif:

Oxşar xəbərlər