Aktrisa Keyt Hadson “Allure” jurnalı üçün fotosessiya etdirib.
Axşam.az “Dailymail”ə istinadən xəbər verir ki, 2 uşaq anası olan 36 yaşlı aktrisa çəkiliş üçün tül geyimlərdən istifadə edib.
O, müsahibəsində formada qalma sirrini bölüşüb. Keyt gündə, sadəcə 20 dəqiqə idman edərək ideal bədən quruluşuna sahib olduğunu deyib.
Hazırda kitab yazan aktrisa “Xoşbəxtlik daimi deyil. Sizi nəyin xoşbəxt etdiyini tapmaq lazımdır. Kitabda da bununla bağlı özümün istifadə etdiyim metodları paylaşmışam” deyib.