Aparıcı Elgiz Əkbər özü ilə bağlı etiraf edib.
Teleqraf.com xəbər verir ki, aparıcı uşaq vaxtı evlərindən müəliminə icazəsiz şokalad apardığını deyib: “Atam Rusiyadan şokoladlar gətirmişdi. Mən də hər gün evdən oğurluq edib, məktəbə sinif yoldaşlarıma, müəllimlərimə aparırdım. Bir gün valideyn iclası oldu və anam da məktəbə gəlmişdi. Müəlliməm anama dedi ki, siz necə yaxşı valideynsiniz. Elgiz nə gözəl şokoladlar gətirir, bizə hədiyyə edir. Anam da gəlib evdə baxır ki, qutuların içi boşdur. Məni evdən oğurluq etdiyimə görə o qədər döydülər ki... O gündən evdən icazəsiz heç nə götürmürəm”.
Rəqsanə