22 Oktyabr 2015 16:41
598
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar artist Baloğlan Əşrəfov şou-biznesdən danışdı.

Əməkdar artistin Teleqraf.com-a açıqlamasına görə, özünü bir sənətçi kimi şou-biznesdə görmür: “Şou-biznesin başqa tələbatları və qayda-qanunları var. Biz millətimiz üçün mahnılar oxuyuruq ki, onların çətin anlarında musiqilərimizlə kömək edə bilək. Özümü şou-biznesdə görmürəm. Amma hərdən görürəm ki, adım şou-biznesdə hallanır”.

Yaradıcılığından danışan müğənni məhərrəmlikdən sonra yeni mahnılar təqdim edəcəyini qeyd etdi: “Nailə Mirmmədli gözəl bir mahnı təqdim edib. Mahnının adı “Qədrini bilmədim” adlanır və hazırda arenjimandadır. Özümün də yazdığı mahnılar var və inşallah məhərrəmlikdən sonra təqdim edəcəm. Folklorumuzdan gözəl bir mahnı da ifa etmişəm. Mənə elə gəlir ki, bu mahnı partlayışa səbəb olacaq. Mahnının adını hələ ki, açıqlamaq istəmirəm. Amma klip çəkdirmək fikrim yoxdur”.

Rəqsanə


Müəllif:

Oxşar xəbərlər