25 Oktyabr 2015 13:29
538
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rejissor Kventin Tarantino polis qəddarlığına qarşı kütləvi etiraz aksiyasında iştirak etmək məqsədi ilə Kaliforniyadan Nyu-Yorka uçub. Tarantino açıqlamasında deyib:

"Mən şüurlu insanam. Əgər sən qətlin necə baş verdiyini görürsənsə, ayağa qalxıb müqavimət göstərməlisən. Mən hadisə qurbanlarının tərəfində olduğumu söyləmək üçün buradayam".

Nümayişdə ümumilikdə bir neçə yüz insan iştirak edib. Onlar yürüş edərək şüarlar səsləndiriblər./report.az/


Müəllif: