“Mətanət Əliverdiyeva “Hər axşam” verilişindən uzaqlaşdırılıb".
Bu barədə Teleqraf.com-a özəl olaraq ATV-də Xəbərlər Departamentinin Baş redaktoru Vaqif Aydınoğlu “Hər axşam” verilişində olan dəyişiklik barədə danışarkən məlumat verib.
V. Aydınoğlu Mətanət Əliverdiyevanın hazırda işini davam etdiyini bildirib: “Mətanət xanım işdədir. İşdən azad olunmayıb, “Hər axşam” verilişi də bağlanmayıb. Sadəcə, Mətanət xanım xəbər aparıcısı kimi işini davam edəcək. Hələlik hansısa şou proqramda aparıcı olaraq onu tamaşaçılar görə bilməyəcək”.