Hələ bir neçə ay əvvəl Hollivud ulduzu Holli Berri ilə aktyor Olivye Martinesin boşanacaqları xəbəri yayılmışdı.
Axşam.az-ın məlumatına görə, həmin vaxt şayiələr təsdiqini tapmasa da, bu gün yenidən gündəmə gəlib. Cütlüyə yaxın mənbənin bildirdiyinə görə, Holli ilə Olivyenin xasiyyəti bir-birinə uyğun gəlmir. Tannımışların münasibətinin hələ ötən ildən Los-Anceles hava limanında aralarında yaranmış mübahisədən sonra pozulduğu bildirilir.
Qeyd edək ki, Holli Berri ilə Olivye Martinesin Maseo adlı 2 yaşlı oğlu var.