Aparıcı Günay Firudinqızı sevdiyi heyvanlar barədə danışıb.
Teleqraf.com məlumat verir ki, aparıcı at çapmağın ona başqa həzz verdiyini etiraf edib: “Həmişə deyirlər ki, at və it qədər vəfalısı yoxdur. Buna inanmırdım. Düzdür, mən insanların vəfalı olmasına şübhə ilə yanaşmıram. Amma atların sevgisi bir başqadır. Müəllimim çox sərtdir. At üstündə belimi düz tutmadığıma görə mənə cəza da verib. Yağışlı havada at çapmağın başqa yeri var. Yağışda gəzməyi sevirəm, at çapmaq üçün isə ölürəm”.
Əfruzə