11 Noyabr 2015 10:54
775
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İki tüstü” filminin təqdimat mərasimi keçirilib.

Teleqraf.com xəbər verir ki, film iki gəncin başına gələn qəribə və əyləncəli hadisələrdən bəhs edir. Ekran əsərinin baş rollarını gənc aktyorlar Səməndər Rzayev və Nəriman Abduləliyev canlandırır. Filmdə xalq artisti Arif Quliyev də iştirak edir. A.Quliyevin obrazının kiçik olmasına baxmayaraq çox maraqla qarşılanıb və hər kəsi güldürməyi bacarıb.

Filmin təqdimat mərasimində Vəfa Zeynalova, Fərda Amin, Günay İbrahimli, Şəhriyar Əbilov, Cavid Gül, rejissor-aktyor Ələkbər Əliyev, aktrisa Nigar Babayeva və başqaları iştirak ediblər.

Rəqsanə


Müəllif: