22 Noyabr 2015 11:27
801
12 Punto 14 Punto 16 Punto 18 Punto

"O Ses Türkiyə"nin dünən yayımlanan buraxılışında daha bir azərbaycanlı iştirak edib.


Zenfira Qarabağlı adlı iştirakçı "Yastayım" mahnısını ifa edərək, münsifləri səsi ilə heyran edib.


Səsi ilə Hadise, Murat Boz və Athena qrupunu döndərməyi bacaran həmyerlimiz sonda Gökhan və Hakanın komandasını seçib. Türkiyə və Azərbaycan qardaşlığı üçün alqış istəyən Zenfira Azərbaycan dilində mahnı da oxuyub.


"Əllərini çəkib məndən" mahnısını ifa edən həmyerlimiz tamaşaçıların böyük rəğbətini qazanıb.


BAKU.WS Zenfira Qarabağlının "O Ses Türkiyə"dəki ifasını təqdim edir:


Müəllif: