25 Noyabr 2015 12:22
783
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qala” qrupunun rəhbəri, bəstəkar-müğənni Ceyhun Əliyev dünya və Avropa çempionu olan Anar Süleymanovla rinqə çıxıb.

Teleqraf.com xəbər verir ki, boks əlcəyini geyinib meydana atılan müğənni dünya çempionuna məğlub olmamağa çalışıb. Hər bir insan üçün idmanı vacib hesab edən Ceyhun Əliyev bunun səbəblərindən danışıb: “Mənə görə, “idmanı vaxtım olanda edirəm” fikri yanlışdır. İdmanı peşəkar məşqçilərin nəzarəti ilə etmək vacibdir. İdmana arıqlamaq vasitəsi kimi baxmıram. Onun üçün pəhriz var. İdmanı həm fiziki güc toplamaq, həm də sağlamlıq və formada qalmaq üçün vacib hesab edirəm. Mənə görə, kişi özünü lazım gəldiyi məqamlarda müdafiə etməyi bacarmalıdır. Bu nöqteyi nəzərdən həftədə bir neçə dəfə idman zalına gəlib, dostum Anar Süleymanovla məşq edirəm”.

Rəqsanə


Müəllif: