28 Noyabr 2015 11:47
1 010
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tanınmış prodüser Təranə Səmədova dünən axşam saatlarında yol polisi əməkdaşları tərəfindən saxlanılmasının səbəbini açıqlayıb.

Təranə Səmədova Teleqraf.com-a açıqlamasında tibbi müayinədən keçdiyini və sərxoş vəziyyətdə maşın idarə etmədiyini qeyd etdi: “Axşam yol polis əməkdaşları tibbi müayinəyə apardılar və spirtli içki qəbul etmədiyim aşkarlandı. Sadəcə olaraq, maşının üzərində həbs var idi və maşınımın cərimə meydançasına götürülməsini istəmirdim. Dostumu gözləyirdim və onu gözləyənə qədər pəncərəni aşağı salmadım. Ona görə də hadisə yerinə post-patrul xidməti gəldi və məni tibbi müayinəyə apardılar. İçki də çıxmadı. Bir saatdan sonra maşınımı cərimə meydançasından götürəcəm. Hər şey yaxşıdır”.

Rəqsanə


Müəllif: