28 Noyabr 2015 18:46
608
12 Punto 14 Punto 16 Punto 18 Punto

Adelin yeni "25" albomu ABŞ-da bütün dövrlər ərzində ən tez satılan reliz olub.

Britaniyalı ifaçının üçüncü plastinkası 3 gün ərzində 2,433 milyon nüsxə ilə satılıb. Ancaq ilk gün ərzində milyona yaxın nüsxə satılıb. Beləliklə, Adel 2000-ci ildə ilk həftə ərzində 2,416 milyon nüsxə tirajlı ilə satılan 'N Sync" qrupun "No Strings Attached" rekordunu keçə bilib.

Xatırladaq ki, Adelin "25" albomu noyabrın 20-də çıxıb. "Hello" sinqlı 8 rekorda imza atıb, bu mahnıya klip isə YouTube-da 485 milyondan çox izləmə toplayıb. Bundan əlavə, albom 110 ölkənin iTunes-çartlarında liderdir. Adel öz "Hello" hitini Cimmi Fellonun verilişində səsləndirib. İfaçı "The Roots" qrupunun müşayiəti ilə mahnını ifa edib./buro247.az


Müəllif: