Aparıcı Şəhriyar Əbilov indi çəkildiyi “Aktyor” filmindəki obrazının özünə bənzədiyini deyib.
Teleqraf.com məlumat verir ki, o, bu ekran əsərində dramatik obraz canlandırır: “Samir Qulamovun filmidir. Mənim səhnələrimin 90 faizi çəkilib. Film uğursuz bir aktyorun taleyindən bəhs edir. Teatrda işləyir, böyük arzuları var. Amma insanlar onu anlamır. Ona görə uğursuzluğa düçar olur. Amma yenə arzularla yaşayır.
Mən daxilən qəmgin insanam. Gözlərimə baxanda deyirlər ki, niyə belə qəmlidir. Ola bilsin ki, həyatımda qəmli anlar, özümü tənha hiss etdiyim vaxtlar olur. Ona görə də rolum mənə çox doğma gəldi. Mən də aktyor və aparıcıyam. Məni də həyatda başa düşməyən insanlar olub. Nə vaxtsa arzuladığım və uğuruma sevinən xanım tapandan sonra xoşbəxt olacam. Bu filmdəki obraz özüməm”.
Rəqsanə