15 Dekabr 2015 11:59
998
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə fəaliyyət göstərən azərbaycanlı model Günay Musayeva oğlu Cihangircanla birlikdə podiuma çıxacaq.

Teleqraf.com xəbər verir ki, model “İnstagram”da podiumdan əldə edilən gəlirin Daun Sindromu Türkiyə Dərnəyinə bağışlanacağını deyib: “Canım oğlum sabah çox mühüm bir dəfilənin finalında mənimlə birlikdə podiuma çıxacaq. Bir dəvətnamə almağınız xəstəlikdən əziyyət çəkən uşağın həyata bağlanmasına kömək edəcək. Toplanacaq pulun düzgün yerə xərclənəcəyi üçün təmənnasız iştirakı ürəkdən qəbul etdim. Sabah bütün dostlarımızı “Mehmet Köymen 2016 winter haute couture” moda nümayişində gözləyirik”.

Rəqsanə


Müəllif:

Oxşar xəbərlər