Əməkdar artisti Sənubər İsgəndərli seriallarda gənclərə üstünlük verilməsindən danışıb.
Aktrisa Teleqraf.com-la serial çəkilişlərinin azalması barədə fikirlərini bölüşüb: “Bizim xalqımız sevgini çox sevir. Ümumiyyətlə, romantik xalqıq. Ekran əsərlərində də romantikaya, sevgi macəralarına, ayrılıq və s. üstünlük verildiyi üçün cavan aktyorlara ehtiyac yaranır. Burada rejissorların da gənc olmasının rolu var. Yaşlı sənətkarlarımız seriallara az çəkilirlər. Son vaxtlar serial çəkilişləri də azalıb”.
Rəqsanə