“Xəzər” telekanalında yayımlanan “5/5” verilişində maraqlı anlar yaşanıb.
Axşam.az-ın məlumatına görə, canlı yayımda müğənni nadir Qafarzadənin “Ata” mahnısına klip çəkilip. Ekran işində müğənni Elşad Qarayev və aktrisa Telli Hüseynova da rol alıb.
Çəkiliş bitəndən sonra aktrisa hönkür-hönkür ağlayıb. O, atasını xatırladığını bildirib:
“10 ildir atamı itirmişəm. Amma yenə də yadıma düşəndə kövrəlirəm. Çəkiliş zamanı da öz həyatımı yada saldım. O hər işdə mənim arxamda dururdu. Sənətdə ən böyük dəstəkçim idi”.