Dünən müğənni Tarkanın 2016-cı ildə buraxacağı albomun olduğu kompüterin çökdüyü, "hard disk"İn yanmasıyla mahnıların silindiyi haqda xəbərlər yayılıb.
Meqastar bu barədə yazılan iddiaları rədd edib. O, musiqiçi Ozan Çolakoğlu ilə studiyada birgə çəkdirdiyi fotonu paylaşaraq yazıb:
"Xəbərlər həqiqətə uyğun deyil. Albom hazırlıqları problemsiz davam edir".
Qeyd edək ki, albomun növbəti ay təqdim olunacağı gözlənilir./Axşam.az