2 Yanvar 2016 14:13
1 384
12 Punto 14 Punto 16 Punto 18 Punto

2015-ci ildə bəzi şou biznes nümayəndələri subaylığın daşını atıb.
 

 
Siyahıya ANS telekanalının siması Elgiz Əkbər başçılıq edir. May ayında Əsmər adlı xanımla ailə quran teleaparıcı tezliklə ata olacaq. Yanvar ayında cütlüyün ilk övladı dünyaya gələcək.


ANS telekanalının keçmiş aparıcısı Gülnarə Məmmədova da bu il rəsmi nikaha daxil olub. Bu, Türkiyə vətəndaşı ilə ailə quran teleaparıcının ikinci evliliyidir. 
 
 
ATV telekanalının eks aparıcısı Günel Hümbətova da bu il subaylığın daşını atanlardandır. Amerikada ailə quran həmkarımızın artıq ilk övladı dünyaya gəlib.
 
 
Meyxanaçı Namiq Qaraçuxurlu da 2015-ci ildə ailə qurub. Ancaq meyxanaçının həyat yoldaşını "gördüm" deyən olmayıb. 
 
İctimai televiziyanın aparıcısı Saleh Bağırov da "həvəsdi-bəsdi" deyib subaylıqla birdəfəlik vidalaşıb.
Ukraynada yayımlanan "O səs" yarışmasının finalçısı, azərbaycanlı müğənni Vaqif Nağıyev Elmira adlı xanımla özünə elə bir toy çaldırıb ki, səsi nəinki Bakıdan, həm də Ukraynadan gəlib.
 
 
AzTV-nin aparıcısı Emil Şahzadə də bu il ailə quran məşhurlar sırasına daxil olub.
Yumoristik aktyor İslam Mehrəliyev uzun müddət nişanlı qaldığı xanımla, nəhayət, 2015-ci ildə münasibətlərini rəsmiləşdirib. 
 
Dekabr ayı bir neçə məşhurun həyatına qızıl hərflərlə yazılıb. Belə ki, bu ay ərzində xoşbəxtliyə imza atanların siyahısında "best model" İlqar Əliyev, müğənnilər Aytac Vidadiqızı və Yusif Eyvazov, aktyor Tahir İmanov var. 
 
 
Aytac Vidadiqızı Türkiyə vətəndaşı ilə, Yusif Eyvazov isə rusiyalı opera müğənnisi Anna Netrebko ilə ailə qurub. 
 
 
Yusif Eyvazovun Vyanada keçirilən toyuna Azərbaycan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Rusiyadakı səfirimiz Polad Bülbüloğlu, həmçinin məşhur müğənni Filip Kirkorov, İqor Krutoy, Plasido Dominqo, Valeriya Qerqiyev kimi rusiyalı tanınmışlar da iştirak ediblər. 
 
 
A.Netrebkonun 7 yaşlı oğlu Tyaqo anasının toyunda qafqazlıların milli geyimində olub.


Publika.az


Müəllif: