6 Yanvar 2016 21:36
4 677
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ərəb dünyasında gözəllik müsabiqəsi keçirilib.

"İlin ən gözəl qadını” yarışmasında ən yaxşıların adları məlum olub. Ərəb qızları arasında keçirilən yarışmada birinci yeri Livanlı müğənni Rola Saad tutub. Ötən il yarışmada birinci yeri tutan livanlı Haifa Vehbe isə bu ilki yarışmada aşağı pilləyə layiq görülüb.

Qeyd edək ki, Livanlı Rola Saad 1978-ci ildə anadan olub. Onun ilk albomu 2000-ci ildə çıxıb. Elə kariyerasına da həmin ildən başlayıb və bundan sonra filmlərə çəkilib.

Yarışmada ərəb dünyasının ən gözəl 50 qadını seçilib. Onlar arasında müğənni Haifa Vehbe, tunisli model Afef Jnifen, livanlı müğənni Amar, Əlcəzirədən rəqqasə Ameliya Zidan və digərləri də var.


Müəllif: