11 Yanvar 2016 23:33
1 204
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aktrisa Könül Nağıyeva şəxsi həyatı ilə bağlı maraqlı açıqlamalar verib.

Teleqraf.com xəbər verir ki, aktrisa “ATV maqazin onlarla” verilişində sevdiyi insan tərəfindən tərk edildiyini deyib: “Həyatda elə bir insan yoxdur ki, tərk edilməsin. Bir gün biz tərk edirik, bir gün isə əks tərəf bizi tərk edir. Tərk edilmək adama çox acı verir. Sanki həmin dəqiqə həyat bitir. Əslində, yaxşı ki, tərk edilmişəm. Hazırda daha ağıllı, daha təcrübəliyəm”.

Aktrisa tanınmış sənət adamı ilə sevgi münasibəti yaşadığını da gizlətməyib: “Hər ikimiz güclü insan idik. Güclü olduğum üçün özümdən zəif kişi məni qane edə bilməzdi. Amma biz ayrılmaq qərarına gəldik. O, hazırda çox tanınmış insandır”.

Rəqsanə


Müəllif: