12 Yanvar 2016 16:14
2 006
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti İlhamə Quliyeva yenə qalmaqallı açıqlamalarla gündəmə gəlib.

Teleqraf.com xəbər verir ki, xalq artisti “Atv maqazin onlarla” verilişində adını açıqlamadığı həmkarına ismarıc göndərib: “Ürəyim çox zərifdir. Biri mənə qarşı bir səhv edəndə əlimə-ayağıma düşür. Bəzi insanları yazığım gəldiyi üçün bağışlayıram. Düşünürəm ki, onsuz da rüsvay olub. O, mənim üçün əhəmiyyətsiz biridir. Bağışlamaq mənim böyüklüyümdür. Məhkəməyə versəm, gərək yazıq gedib yatsın. Ona görə bağışlayıram. Getsin borclarını qaytarsın. Nisyə qonaqlıqlar edir, restoranların pulunu ödəmir. Ağlını başına yığsın və pulları ödəsin! Onu da deyim ki, bəzi şou-biznes nümayəndələri bir-birini didirlər. Barışıqlar tərəfdarıyam, kimə gücüm çatır barışdırıram. Elə adamlar var ki, münasibətlərinə qarışmıram. Düzdür, indiyə qədər heç kim sözümü yerə salmayıb, salmaz da. Kimə desəm, barışacaq”.

Rəqsanə


Müəllif: