13 Yanvar 2016 14:16
550
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Alim Qasımov və qızı Fərqanə Qasımova Portuqaliyada konsert proqramı ilə çıxış edəcəklər.

Bu barədə Teleqraf.com-a xalq artistinin özü məlumat verib: “Yanvarın 16-dan 25-ə qədər Portuqaliyada olacağıq. Orada iki konsert proqramı ilə çıxış edəcəyik. Bununla yanaşı üç master-klass da keçəcəyik. Eləcə də Amerika, Amsterdam, Sinqapur və s. ölkərə səfərlərimiz olacaq. Amerikada “Leyli və Məcnun” səhnəyə qoyulacaq. “Məcnun” obrazında mən, “Leyli” obrazında isə Fərqanə çıxış edəcək. Onu da deyim ki, “Leyli və Məcnun”u yeni versiyada təqdim edəcəyik. Orada master-klasslar da nəzərdə tutulur. Layihə təsdiq edildikdən sonra bu haqda ətraflı məlumat verəcəyik. Artıq bizə 2017-2018-ci illərin proqramları da yavaş-yavaş təqdim edilir. Amerikadakı konsertimiz bu il sentyabr və oktyabr aylarına nəzərdə tutulub”.

Rəqsanə


Müəllif: