2 Fevral 2016 17:13
961
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Valideynlərim həyat yoldaşımla ailə qurduğum üçün çox təpki göstərdilər. Amma yenə də ailə qurdum”.

Teleqraf.com xəbər verir ki, bu sözləri “Qonaq gəl bizə” verilişində əməkdar artist Firuzə İbadova deyib: “Mən “yox”ların üstündən keçib, həyat yoldaşımla ailə həyatı qurdum. O insana güvəndim. Amma ailə həyatım alınmadı. Bu isə mənim qərarım idi. Sənətimi çox sevirəm. Bir daha dünyaya gəlsəm yenə müğənni olardım. O, məni səhnədə görmək istəmirdi. Xatirələrimiz çoxdur. Bir neçə ildir ki, dünyasını dəyişib. Ayrıldıqdan sonra barışmaq üçün cəhd etmədim. Ailə əyatını mən başladım, mən də son qoydum. Qızımla dünyasını dəyişənə yaxın görüşürdülər. Qadağa qoymurdum, çünki onun atası idi. Ürəyi təmiz insan idi, qəddar deyildi. Qəbrini ziyarətə getmirəm. Çünki sağlığında bir dəfə “yox” demişəm. Son nəfəsində mənim adımı çəkmişdi. Ona görə çox heyfsilənirəm. Qürurumun yerini günah hiss tutub”.

Rəqsanə


Müəllif:

Oxşar xəbərlər