“O, hələ də mənə üç min manat pul borcludur”.
Bu sözləri Teleqraf.com-a xalq artisti İlhamə Quliyeva Flora Kərimovanın onun haqqında
fikirlərinə münasibət bildirərkən, deyib. İlhamə Quliyeva həmkarının fikirlərinə sərt reaksiya verib: “Flora mənə o vaxt böhtan atmışdı. Ona görə məhkəməyə verdim və qalib gəldim. Yazığım gəldiyi üçün ondan pul götürmədim. Getsin ağlını başına yığsın. Başından böyük çərənləməsin. 81 yaşı var. Bu gün mən çox sevinirəm ki, hamısı mənim haqqımda fikir söyləyir, həyatımdan danışır. Allah onlara şəfa versin. Mənim kimi şəxsiyyəti unutmurlar. Flora artıq-əskik danışmasın. İndi vəkilimə deyəcəm və üç min manatı ondan alacam. Onu valideynlərim haqqında danışdığı üçün məhkəməyə vermişdim. Mənim valideynlərimə heç kim toxunmasın. Onların adları və ruhları müqəddəsdir. Flora bir də mənim haqqımda danışsa açacam sandığı, tökəcəm pambığı”.
Qeyd edk kİ, Flora Kərimova Big.az-a İ.Quliyeva haqqında açıqlama verib: “Üzümü onun arxasında duran insanlara tuturam. Onlar utansınlar ki, mənim millətimi bu hala salırlar. Onlar utansınlar ki, belə intiriqa yaradırlar, onun hər kəsi hədələyən "zopa" qoluna, nalayiq sözlərlə sənət admalarını təhqir edən dilinə qüvvət verirlər”.
Rəqsanə