10 Fevral 2016 13:40
844
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Xalq artisti öz mədəniyyətini cəmiyyətin mədəniyyətinə uyğunlaşdıra bilmirsə, bu haqda ciddi düşünməlidir. İstər xalq artisti olsun, istər sıravi insan, fərq etməz. Münasibətlərdə etik normalara riayət olunmalıdır”.

Teleqraf.com-un APA-ya istinadla verdiyi məlumata görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev son zamanlar Azərbaycanda bəzi xalq artistləri arasında yaranan gərginliyə münasibət bildirərkən deyib.

Nazir bildirib ki, xalq artisti, yaxud digər insanlar öz mədəniyyətini cəmiyyətin mədəniyyətinə uyğunlaşdıra bilmirsə, öz haqqında ciddi düşünməlidir:

"Bəzən soruşurlar ki, nazirlik buna necə reaksiya verir? Hər hansı insan mənim yerimdə otursun, buna necə reaksiya verər? Bu sadəcə, mənəvi baxımdan xalqlımızın mədəniyyətini alçaldan və özünü xalq qarşısında məyus etməkdən başqa bir şey deyil.

Bu adı daşıyan, cənab prezident tərəfindən yüksək fəxri ada layiq görülən insan bu adı alçaltmamalıdır, sözlərinə, ifadələrinə nəzarət etməlidir”.


Müəllif:

Oxşar xəbərlər