12 Fevral 2016 21:00
790
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Nanə Ağamalıyevanın ad günüdür.

Aparıcı ad günü təəssüratlarını Teleqraf.com-la bölüşüb: “Dostlarım bir çox hədiyyələr bağışladılar. Həmkarlarımız və mənimlə çalışan çox sevimli dostlar tortun üzərinə şəkilimi çəkmişdilər. Çox orijinal bir tort idi. İlk təbriki isə çox sevilən həmkarımız, hazırda müalicədə olan Hacı Nurandan aldım. O, saat 12-də məni təbrik etdi. Mən onun diqqəti qarşısında məəttəl qaldım. Böyük ürəyi var. İnşallah, sağ-salamat vətənə dönsün. Sürprizlərə gəlincə isə həyatda hər şeyə hazıram. Hələ sürprizlər bundan sonra başlayacaq”.

Rəqsanə


Müəllif:

Oxşar xəbərlər