Türkiyəli müğənni İrem Derici Bakıya gəlir.
Teleqraf.com axşam.az-a istinadən xəbər verir ki, ifaçı 8 Mart Beynəlxalq Qadınlar günündə "Elektra events hall"da baş tutacaq konsertə qatılacaq.
Təşkilatçılığını "Velizade organization"ın etdiyi konsertdə ifaçı Rauf -40 dərəcə də iştirak edəcək.
Aparıcılığını Lətafət Ələkbərovanın etdiyi gecədə İrem Derici sevilən mahnılarını səsləndirəcək.