20 Fevral 2016 13:25
925
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Sevil və Sevinc bacıları atalarının ölümündən və onun dəfninə gələ bilməyən həmkarlarından danışıblar.

Teleqraf.com xəbər verir ki, əkiz bacılar "Xəzər" tv-də atalarının dəfninə gəlməyən həmkarlarından şikayətləniblər. Sevinc deyib: “Mən yalandan deyə bilmərəm ki, atamın ruhu şad olsun deyə efirə çıxıb rəqs edəcəm, gülüb-oynayacam. Efirə ailəm maddi cəhətdən əziyyət çəkməsin deyə çıxacam. Ailəmə halal pul qazanıram. Heç kim heç kimi qınamasın. Onu da deyim ki, münasibətim olmayan insanlar atamın dəfninə gəldilər, onlardan biri də Aysel Əlizadə idi. İnanın ki, gələcəyini gözləmirdim. Bəzi müğənnilər dedilər ki, vaxt tapıb gələ bilmədim. Röya kimi müğənni vaxt tapdı, balaca müğənnilərin gəlməyə vaxtı olmadı?

Atamın ölümündən sonra qohumlarımızla daha yaxın olduq. Vaxt var idi, onların ad gününə, toyuna getmirdik ki, vaxtımız yoxdur. Amma bu gün başa düşdüm ki, insana qalan ətrafındakılar yox, qohumlar olacaq”.

Rəqsanə


Müəllif:

Oxşar xəbərlər