Xalq artisti Həmidə Ömərova bir müddətlik fasilədən sonra rol aldığı “Zaman adlı qatar” filmindən bəhs edib.
Axşam.az-a açıqlama verən aktrisa yaratdığı kənd qadınının çətin obraz olduğunu deyib: “Qadınların həyatdakı missiyası ana olmaqdır. Ana olmaq üçün dünyaya gəlmişik və bunu da ömrümüzün sonuna kimi etməliyik. Yeni filmimiz də analar haqqındadır. Kənd qadını obrazını canlandırdım. Yaradıcılığımda kənd və namazqılan qadın obrazı hələ olmamışdır. Çalışdım hər şeyi gözəl formada təqdim edim”.