Bu gün səhər saatlarında Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin reanimasiya şöbəsinə yerləşdirilən xalq artisti Muxtar Manıyevin səhhətindən xəbər var.
Xalq artistinin oğlunun Teleqraf.com-a açıqlamasına görə, M.Manıyevin səhhəti yaxşı deyil: “Hazırda reanimasiya şöbəsindədir. Yanına çox adam buraxılmır. Vəziyyəti yaxşı deyil. Uzun müddətli müalicəyə ehtiyac var. Hələ ki, dəqiq heç nə deyə bilmirəm. Amma huşu özündədir, insanları tanıyır, danışa bilir.
Mədəniyyət və Turizm Nazirliyinə və Səhiyyə Nazirliyinə təşəkkürümü bildirirəm. Muxtar müəllimin səhhəti ilə maraqlanırlar. Atam şəkərli diabetdən əziyyət çəkir”.
Bir müddət əvvəl Muxtar Manıyevin ayağı amputasiya olunub.
Rəqsanə