11 Mart 2016 11:14
696
12 Punto 14 Punto 16 Punto 18 Punto

“V element” verilişinin aparıcısı Ranar Musayev əməkdar artist Murad Dadaşovun televiziyaları tənqid etməsinə əsəbləşib.

Teleqraf.com xəbər verir ki, R.Musayev sosial şəbəkədə əməkdar artistə görə işdən qovulduğunu yazıb: “Çox gülməlidir. Deyən lazımdır ki, birincisi 2008-ci, 2009-cu illərdə sizə “Lider” telekanalında baş prodüser vəzifəsi etibar olunmuşdu. Bacarığınızı göstərərdiniz də. Boş-boşuna danışmaqla deyil ki... İllərin əziyyəti yaradılan telekanalı məhv etdiniz. İkincisi siz deyildinizmi həmin baş prodüser vəzifəsində olarkən, olan-qalan istedadları işdən çıxaran, əzən, məhv edən?”. Peşəkarlar, işini bacaranlar, işini sevənlər, istedadlar həmin ərəfədə sizin tərəfinizdən işdən qovuldu. Onların içində mən də var idim. Biabırçılıqla işdən qovuldum - səbəbsiz-filansız. Öncə efirdən kənarlaşdırıldım, səbəb olaraq dediniz ki, eybəcərlərin efirdə yeri yoxdur. Sizin təzyiqləriniz altında ən yaxşı layihələr bağlanmalı oldu. Onlardan da biri tamaşaçıların indiyədək yadda saxladığı “Bura Bakıdır” verilişi idi. Azərbaycanda yerli televiziyanın məhv olunma təməlini qoyan adam Murad Dadaşov bu gün televiziyanın aşağı səviyyədə olmasından danışır. Ən azı işin içində olanlar üçün bu sözlər çox gülməlidir.

Müsahibədə “Tək başına bu durumu düzəltməyə çalışıram” ifadəsi lap "film"in kuliminasiya nöqtəsi oldu. Kaş televiziyanın yuxarı qalxdığı zaman, heç kəsə mane olmayardınız. Bu, bəs olardı ki, tək əlinizdən səs çıxsın.

Sağlam rəqabət apara biməyən, heç zaman uğurlu televiziya işçisi ola bilməz (müvəqqəti uğuru çıxmaq şərti ilə). Şahidlər olan yerdə, həqiqət üzə çıxar”.

Rəqsanə


Müəllif:

Oxşar xəbərlər